Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıya gəlib
19:09 16.09.2024
Gündəm
402
Özbəkistan Cüdo Federasiyasının prezidenti Azizjon Komilov Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və icraçı vitse-prezident Rəşad Rəsullu ilə görüşüb.
"Report" xəbər verir ki, milli komandalar üçün təlim-məşq mərkəzində baş tutan görüşdə qonağa idmançılar üçün yaradılmış müasir şərait haqqında, həmçinin federasiyanın ölkəmizdə cüdo idman növünün inkişafı üçün həyata keçirdiyi işlər və layihələr haqqında məlumat veriblər.
Görüş zamanı qarşılıqlı təcrübə mübadiləsi, birgə təlim-məşq toplanışlarının təşkili və hər iki ölkədə cüdonun inkişafını gücləndirmək üçün əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin, müasir məşqçilik metodları üzrə təcrübə mübadiləsi və idmançıların inkişaf proqramları əsas əməkdaşlıq sahələri kimi vurğulanıb.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası və Özbəkistan Cüdo Federasiyası arasında 2022-ci ilin oktyabr ayında imzalanmış əməkdaşlıq memorandumuna əsasən indiyə qədər 5 qarşılıqlı birgə təlim-məşq toplanışı keçirilib və hər iki ölkədə reallaşan beynəlxalq yarışlarda idmançıların iştirakı təmin edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət