Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan və Özbəkistan Vergi Komitəsinin sədri Fərrux Pulatov arasında ikitərəfli görüş keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.
Tərəflər görüşdə əməkdaşlığın genişləndirilməsi və vergi inzibatçılığı sahəsində rəqəmsal həllərin tətbiqi üzrə təcrübə mübadiləsi imkanlarını müzakirə ediblər. Müzakirələr zamanı mallar və xidmətlərin identifikasiya sistemi, nəzarət identifikasiya vasitələri ilə işarələnmiş malların izlənmə sisteminin komponentləri, həmçinin nəzarət-kassa aparatları və ya elektron nəzarət-kassa aparatlarının tətbiq xüsusiyyətlərinə toxunulub.
Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığı genişləndirmək istəklərini bir daha təsdiqləyiblər.