Özəldən Ərdoğana dəstək: "İsrail və Netanyahuya qarşı vahid mövqeydəyik"

Türkiyədə Yeni Partiyanın sədri Özgür Özəl Trabzon səfəri zamanı Türkiyənin daxili siyasətdəki mübarizəsi ilə xarici siyasətdəki mövqeyinin ayrı tutulmalı olduğunu bildirib.

Sherg.az xəbər verir ki, Özəl İsrail və Baş nazir Benyamin Netanyahuya münasibətdə Türkiyənin birlik nümayiş etdirməli olduğunu deyib. O, “ölkə daxilində bir-birimizlə ən sərt şəkildə mübarizə apararıq. Amma kənardan, xüsusilə də fələstinli körpələrin qatili çıxıb bizi daxili siyasətə alət etməyə çalışarsa, 87 milyon insanın qarşısında dik dayanarıq” ifadələrini işlədib.

Özəl Türkiyənin problemlərini birlik və həmrəylik şəraitində həll edəcəklərini, ölkənin inkişafı üçün genişmiqyaslı proqram həyata keçirməyi hədəflədiklərini də bildirib.