Məhkəmə qərarı ilə CHP sədrliyindən uzaqlaşdırılan Özgür Özəl partiyada növbədənkənar qurultayın keçirilməsi üçün imza toplama prosesinə start verildiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, onun sözlərinə görə, qurultayın çağırılması üçün 550-dən bir qədər çox imza tələb olunur və bu sayın qısa müddətdə toplanacağı gözlənilir.
Özəl bildirib ki, məqsəd mümkün qədər çox dəstək alaraq qurultayla bağlı müraciəti gecikdirmədən təqdim etməkdir.
O, həmçinin CHP üzvlərini partiyadan istefa verməməyə çağırıb və partiyanın seçki yolu ilə idarə olunmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, CHP-də sədr postu ətrafında davam edən müzakirələr fonunda Kamal Kılıçdaroğlu və Özgür Özəl tərəfdarları arasında siyasi gərginlik davam edir.