CHP qrup sədri Özgür Özəl yeni partiya yaradılacağı ilə bağlı iddialara münasibət bildirib.
Sherg.az xəbər verir ki, TBMM-də jurnalistlərin suallarını cavablandıran Özəl deyib ki, ehtiyac yaranarsa ikinci siyasi platformanın hazırlanması mümkündür, lakin CHP-ni tərk etmək planları yoxdur.
“İkinci bir partiyanın hazır vəziyyətdə olması lazım gələ bilər. Amma CHP-ni qoyub həmin partiyaya keçmək kimi bir qərarımız yoxdur. Bu, CHP-ni aşan böyük bir hakimiyyət yürüşüdür. Lakin bunu partiyanı tərk etməklə deyil, partiya daxilində mübarizə aparmaqla həyata keçirəcəyik”, -deyə o vurğulayıb.
Özəl həmçinin CHP-dəki qurultay böhranına toxunaraq, partiyanın hüquqi və siyasi mübarizəsini davam etdirəcəyini bildirib. O, mövcud proseslərin Türkiyə demokratiyası baxımından narahatlıq doğurduğunu da qeyd edib.