Paşinyan: 44 günlük müharibədən sonra qurulan Ermənistan daha yaxşıdır

“2020-ci ildən (44 günlük müharibədən) sonra əsasən izahedici və aydınlaşdırıcı rolda olduq, çünki bəzi incə məqamları aydınlaşdırmaq lazım idi”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Nəticədə bu gün qurduğumuz Ermənistan Respublikasını müdafiə etməli olduğumuz nöqtəyə gəlib çatdıq. Onu çox möhkəm, çox qətiyyətli və çox prinsipial şəkildə müdafiə etməliyik, çünki elə bir ölkə formalaşdırmışıq ki, onun perspektivi var.

Bu, o demək deyil ki, Ermənistan Respublikasında həll olunmamış problemlər yoxdur, dünyada problemləri olmayan ölkə yoxdur. Amma bu gün prinsipial şəkildə formalaşdırdığımız Ermənistanı müdafiə etmək çox vacibdir, çünki bizim formalaşdırdığımız Ermənistan yaxşı, perspektivi olan və təminatlı, vətəndaq və insan mərkəzli Ermənistandır”, - o bildirib.