Paşinyanın mesajına SÖZARDI: “Bu, yekun sülh bəyanatına oxşar sənəddir”
Fidan Həmişəyeva
10:46 20.05.2021
Gündəm
641
Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi hökumət iclasında Ermənistanla Azərbaycan arasında yeni sənədin imzalana biləcəyini təsdiqləyib. Bu barədə “RİA Novosti” məlumat yayır. Paşinyan qeyd edib ki, Azərbaycan razılıq verərsə, sənədi imzalayacaq. Onun sözlərinə görə, danışıqlar davam etdiyi üçün sənədin məzmunu hələ təqdim edilməyəcək.
Məlumdur ki, son günlər sərhədlərin delimitasiyasına dair müəyyən gərginliklər var. Ermənistan tərəfi hər zamankı kimi mövcud durumu öz xeyrinə dəyişmək istəyir. Maraqlıdır belə bir məqamda Paşinyan hansı sənədi nəzərdə tutur?
Sualımızı cavablandıran siyasi analitik Turab Rzayev “Sherg.az”a bildirib ki, Paşinyan iki məsələyə dair sənədi nəzərdə tuta bilər:
“Birincisi, sərhədlərin delimitasiyası və Zəngəzur dəhliz ilə ağlı olan məsələdir. Məlumdur ki, düşməndə qalmış ərazilərimiz var. Qazağın 7 və Naxçıvanın Kərki kəndi onlarda qalıb. Bu baxımdan sərhədlərin bölünməsi və həmin anklavda olan ərazilərin qaytarılması barədə sənəd ola bilər”.
T.Rzayev qeyd edib ki, Paşinyanın nəzərdə tutduğu məsələ yekun sülh bəyanatına oxşar sənəddir:
“Çünki noyabrın 10-dakı üçtərəfli bəyanat tezbazar imzalanmışdı. Bu baxımdan Paşinyan daha geniş və əhatəli sülh müqaviləsini fikrində tuta bilər. Hazırda Ermənistandakı gərginlik də məhz bununla bağlıdır. Çünki ölkədəki müxalifət və Ermənistanın keçmiş xarici işlər nazir Zöhrab Mnatsakanyan hakimiyyəti şantaj edir. Paşinyanı ölkənin maraqlarını satıb, müqavilə imzalamaq aruzusunda olduğunu bildirirlər. Bu baxımdan Ermənistandakı müxalifət milli maraqlarının təhlükə altında olduğunu düşünürlər.
Beləliklə, silahlı qüvvələri toplayıb ölkəni qorumaq istəyirlər. Lakin Paşinyan bildirir ki, əslində belə müqaviləni imzalamaqla Ermənistanın mövqeyini qoruyur. Onun sözlərinə görə, “hətta bu sənəd tamamilə xeyrimizədir”. Belə çıxır ki, Paşinyan sözügedən müqavilənin imzalanmasına razıdır, sadəcə Azərbaycan tərəfinin fikrini gözləyir. Guya sənəd Ermənistanın xeyrinədir, ona görə də Paşinyan imza atıb və bəlkə, Azərbaycan razı olub, imzalamayacaq. Paşinyan belə fikir formalaşdırdıqdan sonra Mnatasakyan onu milli maraqlara zidd çıxış etməkdə günahlandırıb”.
Analitikin qənaətincə, müqavilənin şərtləri açıqlandıqdan sonra görəcəyik ki, bu, daha çox kimin maraqlarına xidmət edir:
“Maraqlıdır Paşinyanın dediyi kimi Ermənistan öz maraqlarını qoruya biləcəkmi, yoxsa müxalifətin dediyi kimi olacaq. Hiss olunur ki, Paşinyanın komandasının içində kimsə ona xəyanət edir və müəyyən məlumatlar Mnatsakanyana ötürür.
Çünki İkinci Qarabağ müharibəsinin bitməsinə yaxın iddia edilmişdi ki, Ermənistan şərtsiz olaraq kapitulyasiyaya hazırlaşır.
Həmin iddialardan bir neçə gün keçməmiş Ermənistan həqiqətən də hərbi cəhətdən fiaskoya uğradı və bəyanatı imzalamağa məcbur oldu. Görünür, Paşinyan bu dəfə etiraf edib ki, “bəli, müqavilə var, amma maraqlarımıza xidmət etmir”. Ona görə də yeni sənədi təklif edib.
Hər iki müqavilə hazırlananda ictimaiyyətə elan olunmazdan qabaq müxalifətin, Sarkisyan və Köçəryanın, həmçinin Mnatasakyanın bundan xəbəri olur. Ya vasitəçilər, ya da Paşinyanın komandası daxilindən məlumatı ötürənlər var. Əslində bu durum da Paşinyan üçün zəiflik deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
18:45 27.06.2026
Hadisə
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
18:32 27.06.2026
Dünya
Qanunsuz saxlanılan 9 tüfəng, 2 avtomat aşkarlandı
18:17 27.06.2026
Hadisə
Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır
17:50 27.06.2026
Mədəniyyət
Hörmüz boğazında tanker vurulub
17:48 27.06.2026
Gündəm
Yunanıstanda meşə yanğınları başladı
17:39 27.06.2026
Hadisə
Fitso: Slovakiya Ukraynaya hərbi yardım üçün pul ayırmayacaq
17:39 27.06.2026
Dünya
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
17:28 27.06.2026
Gündəm
XXI əsr Türk Dünyasının yüksəliş dövrü ola bilər - Ali Satan
17:22 27.06.2026
Gündəm