
Paşinyanın sülhü uzatması Ankaranın regional siyasətinə təhdiddir - TƏHLİL
07:49 14.12.2024
Gündəm
494
Türkiyə Ermənistana sülh müqaviləsinin bağlanması üçün təzyiqləri artıracaq
Rusiya, Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün mümkün olan hər şeyi edirik və edəcəyik. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. O bildirib ki, Moskva Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinin, sülh sazişinin imzalanmasının, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının tərəfdarı olaraq qalır:
"Biz həmçinin Azərbaycan-Ermənistan sərhədinin tezliklə delimitasiya və demarkasiyasının, eləcə də Bakı və İrəvan arasında əlaqələrin artıq yeni əsasda hərtərəfli inkişafının tərəfdarıyıq". Xatırladaq ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin regional proseslərə müsbət təsir göstərməyə davam edəcəyini söyləyib: "Qarabağın işğaldan azad edilməsi nəticəsində yaranan tarixi imkanın Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə nəticələnməsini arzu edirik". Türkiyə xarici işlər naziri Hakan Fidan da deyib ki, Cənubi Qafqaz bölgəsində sülh üçün bir ümid işığı var: "Azərbaycanla Ermənistan arasında sülhün təmin edilməsinin son mərhələsindəyik. Ölkəmiz ikitərəfli danışıqları dəstəkləyir".

Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Türkiyə Ermənistana sülh müqaviləsinin bağlanması üçün ciddi təzyiqlər edəcək. Ekspertin sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyan sülhü gecikdirməsi Ankaranın regional siyasətini təhdid edir:
"Türkiyə və Ermənistan arasında xüsusi nümayəndələrin sərhəddə görüşü bu xüsusdadır. Ermənistan "Müstəqillik Bəyannaməsi"ndən Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır və digər şərtlərdən geri çəkilməli, "Zəngəzur" dəhlizini açmalıdır. İranın da prosesdə rolu zəifləyib. Zəngəzur dəhlizi ilə bağlı təzyiqləri neytrallaşıb. Ermənistan baş naziri N.Paşinyanın Fransa prezidenti E.Makrona arxalanması öz hakimiyyətini itirməsi ilə nəticələnə bilər. Regionda əsas söz sahibi Türkiyədir. Vaxt Ermənistan hakimiyyətinin əleyhinə işləyir. Azərbaycan və Türkiyə arasında Ermənistanla sülh müqaviləsi ilə bağlı müəyyən qərarların qəbul edilməsi istisna deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm