Paytaxtı yeni tikiləcək Ağdama köçürmək olar
Yusif Nəzərli
14:08 05.11.2023
Gündəm
433
Təsdiqlənmiş baş plana paytaxt elementləri əlavə etmək elə də çətin deyil
"Paytaxtın köçürülməsi məsələsi son 30 ildə dəfələrlə gündəm mövzusu olub. Yeni paytaxt üçün müxtəlif yerlər təklif edilib. Artıq paytaxtın köçürülməsini Bakının, eləcə də Abşeronun bugünkü reallığı diktə edir".
Bu barədə azərbaycanlı yazıçı, publisist, bloger Vahid Qazi sosial şəbəkə hesabında yazıb. V.Qazi qeyd edib ki, deyilənə görə, yarımadada ölkə əhalisinin yarısı cəmlənib:
"Köhnə Ağdamın yerində, ətraf 8 kəndlə birlikdə, 100 minlik yeni şəhər tikilir. Məncə, fürsətdən istifadə edib paytaxtı elə yeni tikiləcək Ağdama köçürmək olar. Təsdiqlənmiş baş plana paytaxt elementləri əlavə etmək elə də çətin deyil. Bununla eyni zamanda iki iş görərik. Bir yandan Bakının nəfəsi genələr, o biri yandan da gələcəkdə paytaxt üçün yeni şəhər tikməyə ehtiyac qalmaz. Büdcə xərcinə filan qədər qənaət etməklə yeni paytaxt salmış olarıq".
V.Qaziyə görə, Ağdam əhalisinin böyük qismini Xankəndiyə yerləşdirmək olar: "Coğrafi baxımdan ortada yerləşən yeni paytaxtla ölkənin dörd bir tərəfini dəmir yolları şəbəkəsi, çoxzolaqlı avtomobil yolları ilə birləşdirib iqtisadi inkişafı, əhalinin rifahını, bölgələrarası inteqrasiyanı gücləndirmək, bununla da ölkənin mənzərəsini yaxşıya doğru xeyli dəyişə bilərik. Bu həm də, torpaqlarını azad etmiş, 100 illik "Qarabağ buxovu"ndan qurtulmuş ölkənin gələcək iqtisadi, siyasi, hərbi təhlükəsizliyinə, inkişafına ciddi zəminlərdən biri olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yasamalda oğurluq edən şəxslər saxlanılıblar
18:28 12.08.2026
Hadisə
50 manatlıq bir stəkan çay - İstehlakçıların başına oyun açılır
18:26 12.08.2026
Aktual
Mahmud Abbas Türkiyədə səfərdədir
18:18 12.08.2026
Dünya
Bakıda 16 istiqamətdə sıxlıq var
18:06 12.08.2026
İnfrastruktur
Mingəçevir su anbarında 22 yaşlı gənc batıb
18:02 12.08.2026
Hadisə
Ukrayna ordusu üç vilayətdə əraziləri azad etdi
17:51 12.08.2026
Dünya
Sözümüz bir olsa…
17:49 12.08.2026
Gündəm
Avropadakı quraqlıq Azərbaycana da dərs verdi - EKSPERT
17:34 12.08.2026
Aktual
Bəzi yerlərə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
17:26 12.08.2026
Ekologiya
İordaniya İrana xəbərdarlıq etdi
17:13 12.08.2026
Dünya
Ramanada atasının qətlində təqsirləndirilən şəxsə cəza istənilib
16:54 12.08.2026
Hadisə
Türkiyədə F-16 qəzaya uğrayıb, pilot sağ qalıb
16:36 12.08.2026
Hadisə
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya