Pənah Hüseyn: Xankəndidə səsvermə həqiqətən ciddi və böyük hadisədir
12:28 07.02.2024
Gündəm
618
Azərbaycan Xalq Partiyasının sədri, keçmiş baş nazir Pənah Hüseynin 7 fevral növbədənkənar prezident seçkiləri ilə bağlı açıqlama yayıb.
"Sherg.az"ın xəbərinə görə, AXP sədri və sabiq baş nazirin açıqlamasında vurğulanıb ki, dünyada və regiondakı geopolitik reallıqları və cağırışları, Azərbaycana yönəlik təhlükə və təhdid fəaliyyətlərini nəzərə alaraq, habelə islahat və dəyişikliklərin hakimiyyət və müxalifətin əməkdaşlığı şəraitində daha sürətli və əlverişli şəraitdə həyata keçəyi mövqeyinə dayanaraq, bu seçkinin cəmiyyətimizin qütbləşməsinə, qarşıdurmasına yox, milli birliyinə və konsolidasiyasına xidmət etməsi daha doğrudur: "AXP də öz növbəsində buna səy göstərəcək. Partiyamız seçkiləri boykot etmir. Hakimiyyət orqanının seçilməsi ilə bağlı bu seçkinin yekun nəticəsini mübahisələndirməyəcək və tanıyacaq".
P.Hüseyn vurğulayıb ki, bugün 8 saylı Binəqədi I seçki dairəsi 36 saylı seçki məntəqəsində səs verib:
"Bu, bizim ölkənin mövcud siyasi vəziyyəti və inkişafı, habelə hakimiyyət alternativləri məsələsində indiki iqtidardan prinsipial fərqli mövqe, baxış və dəyərləndirmələrimizi dəyişdirmir. Hesab edirəm ki, 7 fevral seçkiləri koklü islahat və dəyişiklikləri istisna etmir. Yəni sistem xarakterli, o cümlədən seçki islahatı aparıldıqdan və çoxpartiyalı seçkilər əsasında Milli Məclisə və yerli özünüidarə orqanlarına seçkilər keçirildikdən sonra cəmiyyətin sifarişi və dəyişikliklərin məntiqi olaraq növbəti növbədənkənar prezident seçkilərinin gündəmə gəlməsi istisna deyil. Azad olunmuş torpaqlarımızda, Xankəndidə Azərbaycan hakimiyyət orqanına seçkidə səsvermələr isə həqiqətən ciddi və böyük hadisədir. Millətimiz, dövlətimiz və vətəndaşımız üçün xeyirli, uğurlu olsun".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol