Pezeşkian: Başqa ölkələrə qarşı heç bir iddiamız yoxdur

“İran digər ölkələrin hüquqlarına qarşı heç bir iddia irəli sürmür və öz xalqının qanuni hüquqlarını müdafiə etməkdə qətiyyətlə və möhkəm hərəkət edəcək”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“İran müdafiə qabiliyyəti və milli həmrəyliyə arxalanaraq, inkişaf və yüksəliş yolunu əzmlə davam etdirəcək, öz şərəf və yüksəlişini daha da möhkəmləndirəcək”, - dövlət başçısı bildirib.