"Politico": Trampı İranla atəşkəsə nə vadar etdi?

"Politico" nəşrinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp İranla müharibədə atəşkəsə razılaşıb, çünki qarşıya qoyulan məqsədlərə çatmaq gözlənildiyindən daha çətin olub.

Sherg.az xəbər verir ki, mənbələrin bildirdiyinə görə, ABŞ ordusu əməliyyatlarda itkilər verib və bir neçə təyyarə itirilib. Vurulan pilotun xilas edilməsi çətin olub. Tramp Pentaqon tərəfindən təqdim olunan məlumatların həddindən artıq optimist olduğunu anlayıb

Bundan əlavə, "The Washington Post" yazır ki, administrasiya daxilində narahatlıq var. İddialara görə, müdafiə naziri Pit Heqset prezidentə vəziyyəti düzgün çatdırmayıb və bu da yanlış məlumatların yayılmasına səbəb olub.

Nəticədə, hərbi vəziyyətin gözlənildiyindən daha mürəkkəb olması Trampın atəşkəs qərarında əsas amillərdən biri kimi göstərilir.

Qalereya