Prezident beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanlayıb.

Sherg.az xəbər verir ki, müraciətin mətnini Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev oxuyub.