Prezident Ərdoğan: “Əziz İstanbula gözümüz kimi baxacağıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun fəthi ilə bağlı keçirilən tədbirdə çıxış edərək şəhərin gələcəyi barədə mühüm mesajlar verib.

O bildirib ki, İstanbulun gələcəyini “qaraltmaq istəyənlərə imkan verilməyəcək” və şəhərə xüsusi həssaslıqla yanaşılacaq:

“Bu əziz şəhərə gözümüz kimi baxacağıq.”

Sherg.az xəbər verir ki, Ərdoğan İstanbulun fəthinin ildönümü münasibətilə keçirilən proqramda həm tarixi, həm də siyasi mesajlar verib. O, İstanbulun statusu ilə bağlı səsləndirilən bəzi fikirlərə sərt reaksiya göstərib və bu cür yanaşmaları qəbul etmədiklərini deyib.

Prezident həmçinin qlobal və regional vəziyyətə də toxunaraq dünyada ciddi gərginliklərin yaşandığını bildirib və birliyin vacibliyini vurğulayıb:

“Bir olacağıq, iri olacağıq, diri olacağıq.”

Ərdoğan çıxışını İstanbulun qorunacağı və ölkənin gələcəyi naminə birliyin davam etdiriləcəyi mesajı ilə yekunlaşdırıb.