Prezident Ərdoğan: Türkiyəsiz heç bir tənlik qurula bilmir
13:41 25.10.2025
Gündəm
536
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində keçirilən “Türkiyə Əsri Toplantılarının Yekun Proqramı”nda çıxış edib.
Sherg.az xəbər verir ki, Ana müxalifət partiyasını tənqid edən Prezident Ərdoğan bildirib ki, Cümhuriyyət Xalq Partiyası (CHP) Türkiyəni xaricilərə şikayət etmək üçün turlar təşkil edir.
Ərdoğan deyib:
“Ana müxalifət partiyası ölkəmizi xaricilərə şikayət turları ilə gəzdirərkən biz 81 vilayətimizdə keçirdiyimiz görüşlərdə xalqımızla qucaqlaşdıq.”
Prezident qeyd edib:
“İndiyə qədər nə etmisiksə, xalq üçün etmişik. Yakobenləri (xalqa yuxarıdan baxan zümrələri) məhəlləmizə yaxın buraxmadıq. Əgər səhvimiz, nöqsanımız varsa, bunları aradan qaldıraraq yolumuza davam edirik. Xalqa xidmətdə inciklik yoxdur.”
“Ədalət və İnkişaf Partiyası (AK Partiya) yolunu və istiqamətini xalqın müəyyən etdiyi bir partiyadır,” - deyən Ərdoğan əlavə edib:
“AK Partiyaya cəsarət verən xalqımızın poladdan iradəsi və duasıdır. Qazanılan hər bir uğurda anaların duaları var. Bu hərəkat, əxlaqlılar hərəkatıdır.”
Prezident Ərdoğan bildirib ki, Türkiyə xarici siyasət və müdafiə sənayesi sahəsində atdığı inamlı addımlarla artıq qlobal gücə çevrilib:
“‘Türkiyə Qərb ittifaqından uzaqlaşır", "Türkiyə oyunun kənarına itələnir" dedilər. Bütün iddialarında divara dəydilər. Nəticədə haqlı çıxan biz olduq. Artıq həm bölgəsində, həm də dünyada sözüne hörmət edilən, əmin-amanlıq və sabitlik ixrac edən bir Türkiyə var.
Bu gün sülh, sabitlik və rifah deyiləndə ilk ağla gələn Türkiyədir. Şəfqət, mərhəmət və ədalət deyiləndə, zihinlərdə ilk canlanan bu mübarək millətdir. Suriyadan Qəzzaya, Körfəzdən Rusiya-Ukrayna münaqişəsinə qədər heç bir yerdə Türkiyəsiz tənlik qurula bilmir.”
Prezident Ərdoğan “terrorsuz Türkiyə” hədəfindən də danışıb:
“Ölkəmizi terror bəlasından xilas etdikmi? Bu bataqlığı 86 milyon insan olaraq əl-ələ verib birlikdə aradan qaldırmağa davam edəcəyikmi? Bu yolda səbirliyik, soyuqqanlı şəkildə məqsədimizə doğru irəliləyirik.”
Ərdoğan çıxışını belə yekunlaşdırıb:
“Barışın, qardaşlığın, inkişafın və ədalətin hökm sürdüyü Türkiyə Əsri vizyonumuzu reallaşdırmaq yolunda tarixi bir mərhələdəyik. Ortaq iradə ilə inşallah əvvəlcə terrorsuz Türkiyəni, daha sonra isə terrorsuz bölgəni bu ölkənin övladlarına ən qalıcı miras kimi qazandıracağıq.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya