"Prezident İlham Əliyev Şuşada Ermənistanla bağlı iki mesaj verdi" - Siyasi şərhçi
09:25 24.04.2022
Gündəm
760
"Prezident İlham Əliyev Dünya Azərbayanlılarının Şuşada keçirilən V Qurultayında çıxışı zamanı Ermənistanla bağlı iki mesaj verdi".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Analitik bildirib ki, dövlət başçısı “biz məhz bu beş prinsip əsasında danışıqları aparmaq fikrindəyik” deməklə sülh sazişi üzrə təqdim edilən 5 prinsipin dəyişdirilməsinə imkan verilməyəcəyini elan etdi:
"Bu, İrəvanla yanaşı, maraqlı olan bütün tərəflərə də ünvanlanıb. Digər yandan İrəvan beş prinsip əsasında sülh sazişini imzalamayacağı təqdirdə, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımayacaq və bunu rəsmi şəkildə bəyan edəcək. Beləliklə, Azərbaycan Ermənistana atacağı addımları rəsmi şəkildə elan etmiş oldu. Bu, Bakının siyasi gedişidir, hərçənd “İrəvan sülh sazişini qəbul etməsə, proseslər hansı istiqamətdə davam edə bilər” sualını da aktuallaşdırır. XX əsrin əvəllərində Ermənistana verilən Zəngəzur, Göyçə, İrəvanla bağlı tarixi faktlar ən yüksək səviyyədə zaman-zaman gündəmə gətirilib və Əliyev “rəsmi şəkildə bəyan edəcəyik” dedikdə bu ərazilərin Azərbaycana məxsus olduğu tarixinin rəsmi elanını nəzərdə tutur. Ölkə rəhbəri çıxışında tarixi faktlara yenidən toxunması da bunu deməyə əsas verir. SSRİ dağıldıqdan sonra Ermənistan bu ərazilərlə birlikdə BMT-də daxil olub və dünyada BMT üzərindən qurulan mövcud sistem dəyişmədiyi müddətdə, bunu dəyişmək çətindir. Lakin Bakı tarixi torpaqlarımıza iddianı rəsmiləşdirməklə, Ermənistanın Qarabağa iddiasına qarşı adekvat gediş edə bilər".
Ekspertə görə, Prezidentin “biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik” sözlərindən sonra qeyd etdiyi “İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq” sözləri xüsusilə diqqət çəkir:
"Dövlət başçısı bununla “Ermənistanın ərazi bütövlüyünü tanımayacağımız” məsələsinin sadəcə sözlə yekunlaşmayacağının, Zəngəzur uğrunda mübarizənin başlayacağının da mesajını verir. SSRİ dövründə Ermənistana əkin və otlaq sahəsi adı ilə verilən və hazırda Zəngəzurun qərbində qalan ərazilər - Naxçıvanın Kərki və Qazaxın 7 kəndi. Rəsmi İrəvan sülh sazişini imzalamasa, Azərbaycan bu ərazilərin azad edilməsi istiqamətində müəyyən addımları ata bilər. Sülh sazişindən, sülh sazişi imzalanmayacağı təqdirdə atılacaq addımlardan bəhs edən Əliyev “Bizim başqa dövlətlərin torpağında gözümüz yoxdur, heç vaxt olmayıb. Ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik və İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi” sözləri ilə ermənilərin yaşadığı, rus sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə Azərbaycan suverenliyin de-fakto bərpa ediləcəyini, bunun alternativinin olmadığını da növbəti dəfə elan etdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman