Prezident İtaliyada keçirilən 50-ci yubiley Çernobbio Forumunda iştirak edir
07:03 06.09.2024
Gündəm
375
İtaliyanın “The European House - Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil olunan “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 50-ci yubiley Beynəlxalq Çernobbio Forumu (TEHA Forumu) işə başlayıb.
"Sherg.az” xəbər verir ki, Komo gölünün sahilindəki Villa d'Estedə sentyabrın 6-dan 8-dək keçiriləcək ənənəvi forumda Azərbaycan Prezidenti İlham Əliyev, İtaliya Nazirlər Şurasının Sədri Ciorcia Meloni, Ukrayna Prezidenti Volodimir Zelenski, Macarıstanın Baş naziri Viktor Orban və İordaniya Kraliçası Raniyə əl-Abdullahın iştirakı gözlənilir. İtaliya Prezidenti Sercio Mattarella beynəlxalq tədbir iştirakçılarına videomüraciət ünvanlayıb.
Forumda 6 ölkənin dövlət və hökumət başçıları, İtaliyanın 13 yerli icraedici orqanının rəhbəri və 11 nazir, ümumilikdə isə 27 ölkədən siyasi, akademik, institusional və biznes sahəsində məruzəçilər və qonaqlar iştirak edəcəklər. Hər il 300 məruzəçinin iştirak etdiyi, 400-dək jurnalistin işıqlandırdığı tədbirin baş tutması üçün 1300-dən çox insan çalışır. Forum İtaliya üçün təxminən 4 milyon avro sosial-iqtisadi təsirə malikdir və ÜDM-ə 2 milyon avro töhfə verir.
1975-ci ildən bəri hər il sentyabr ayında təşkil olunan və Çernobbio Forumu kimi tanınan beynəlxalq tədbirdə dünya iqtisadiyyatı və cəmiyyətlər qarşısında duran cari məsələlər, problemlər müzakirəyə çıxarılır. Tədbirin birinci günü adətən iqtisadi, geosiyasi, elmi və texnoloji sahədə qlobal problemlərə həsr olunur. İkinci gün əsas diqqət Avropaya yönəldilir və Avropa İttifaqı ilə bağlı ən aktual məsələlər müzakirə edilir. Üçüncü gün isə hökumət nümayəndələrinin, rəsmilərin, biznes və maliyyə sahəsinin mühüm şəxslərinin iştirakı ilə İtaliyaya həsr olunur.
Builki forum çərçivəsində həmçinin Villa d'Estedə “Dünyaya 50 illik baxış” adlı fotosərgi açılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət