Prezident Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan tədbirin iştirakçılarına müraciət ünvanlayıb
14:44 04.07.2023
Gündəm
311
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, mətndə deyilir:
“Hörmətli konfrans iştirakçıları!
Konstitusiya Məhkəməsinin hörmətli hakimləri və əməkdaşları!
Sizi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda beynəlxalq konfransın açılışı ilə əlaqədar səmimi-qəlbdən salamlayıram.
Konstitusiya Məhkəməsinin hazırkı yubileyi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinin qeyd olunduğu dövrə təsadüf edir və bu, dərin simvolik məna kəsb edir. Məhz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Konstitusiya Məhkəməsinin əsas səlahiyyətləri, bu təsisatın dövlət hakimiyyəti orqanları sistemində mühüm yeri və rolu müəyyən olunmuşdur.
Ötən illər ərzində Konstitusiya Məhkəməsi səmərəli fəaliyyəti ilə və qəbul etdiyi qərarlarla Azərbaycan Respublikası Konstitusiyasının əliliyinin təmin edilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinə, milli qanunvericiliyin, dinamik dəyişən ictimai münasibətlərə uyğun olaraq, Konstitusiyanın müddəaları nəzərə alınmaqla təkmilləşdirilməsinə, cəmiyyətdə hüquq mədəniyyətinin və müxtəlif sahələrdə hüququn tətbiqi təcrübəsinin daha da inkişaf etməsinə dəyərli töhfə vermişdir.
Əminəm ki, Konstitusiya Məhkəməsi bundan sonra da ölkəmizdə hüquqi dövlət və konstitusionalizm ideya və prinsiplərinin həyata keçirilməsində səylərini əsirgəməyəcəkdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini və əməkdaşlarını 25 illik yubiley münasibətilə təbrik edir, konfransın işinə müvəffəqiyyətlər arzu edirəm!”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə