Prezidentin sədrliyi ilə MÜŞAVİRƏ: “Ciddi proqramlar həyata keçirilib”
Yusif Nəzərli
16:42 12.04.2022
Gündəm
1603
Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Ölkə başçısı bir çox məsələlərə toxunub. Prezident qeyd edib ki, postmünaqişə dövrünün nəticələri, birinci ilin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir:"Biz, ilk növbədə, beynəlxalq təşkilatlarla öz təmaslarımızı, fəal əməkdaşlığımızı davam etdirmişik və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər".
Ölkə başçısının çıxışını yüksək qiymətləndirən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə görülən işlərin müsbət nəticə verdiyini bildirib:
“Mənə elə gəlir ki, Azərbaycan çox çətin dönəmdə postmüharibə və pandemiya dövründə həm çox böyük bir sosial layihələri həyata keçirdi. İlk növbədə müharibə əlillərini, şəhid ailələrini sosial cəhətdən dəstəklədi.
Bununla yanaşı, əhali üçün pandemiya dövründə vəziyyəti stabilləşdirməklə əlaqədar ciddi proqramlar həyata keçirilib. Bu istiqamətdə aparılan işlər ölkəmizi çətin problemləri dəf etməyə imkan yaradıb”.
Millət vəkili Azərbaycanın daim başqa ölkələrə yardım etdiyini xüsusi vurğulayıb:
“Həmçinin dünyada bu istiqamətdə bir çox ölkələrdə zəruri işlər görülməyib, zəif ölkələrə dəstək verilməyib. Azərbaycan BMT-nin tribunasından istifadə edərək COVİD-lə bağlı mübarizədə səylərini reallaşdırıb. Bir çox ölkəyə ciddi dəstək verib. Lakin daha zəngin və böyük dövlətlər bunu etməyiblər.
Bu, təəssüf doğurur. Azərbaycan həmişə humanist prinsiplərdən irəli gələn siyasət yürüdür. Dünyanın bir çox yerində köməyə ehtiyacı olanlara dəstəyimizi göstərmişik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman