
Problem nə avtobus zolağı, nə də taksilərdir
05:03 05.09.2024
Gündəm
487
İki şəhər arasında təkcə vağzaldan vağzala sərnişindaşıma yanlış yanaşmadır
“20 Yanvar” metrostansiyası ətrafında Tbilisi prospektində avtobus zolağı yaradıldıqdan sonra orada maraqlı proseslər baş verir və buna uyğun müzakirələr gedir.
Sözügedən məsələni “Sherg.az"a şərh edən nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, orada problem nə avtobus zolağı, nə də “qanunsuz” sərnişindaşımada istifadə edilən taksilər və mikroavtobuslardır. Problem məsələnin həllinə yanaşmalardakı və baxışlardakı səhvlərdir.
Ə.Hüseynov deyib ki, iki şəhər arasında təkcə vağzaldan vağzala sərnişindaşıma yanlış yanaşmadır:

“Sumqayıtın şəhər kimi tikildiyi ilk illərdən bu iki şəhər vahid aqlomerasiyadır. Deməli, onlara həm də vahid mobillik zonası (məkanı) kimi baxılmalıdır. On minlərlə (bəkə də, yüz mindən çox) insan mütəmadi olaraq hər gün bu iki şəhər arsında gedib-gəlir. Bu, onların rutin həyatının axarıdır. Həmin adamlar bu şəhərlərdən birində yaşayıb, o birisində işləyirlər, təhsil alırlar və s.
Müasir şəhərdə yaşayan insan gündəlik həyatında mobilliyini təmin etmək üçün 2 çox ciddi amili nəzərə alır: səyahətə (gediş-gəlişə) sərf etdiyi vaxt və səyahətin qiyməti (gediş-gəlişə xərclədiyi pul). Bakı-Sumqayıt arasında vağzaldan vağzala üsulu ilə təşkil edilən qanuni ictimai nəqliyyatdan istifadə zamanı bu amillərin hər ikisinin ən uğursuz variantı ortaya çıxır. Tərslikdən hər iki şəhərin avtovağzalı bir-birinə tərəf ən yaxın çıxışda yerləşir. Bu üsulla Bakı-Sumqayıt arasında gedib-gələn hər kəs məcburdur ki, hər iki şəhərin daxili nəqliyyatından da istifadə etsin, özü də bəzən bir neçə avtobus marşrutu və ya metro stansiyası dəyişməklə. Bu isə orta statistik sərnişinin bu iki şəhər arasındakı səfər müddətini bəzən 2 saata, səfər qiymətini isə 2 manata yaxınlaşdırır. Deməli, çox səmərəsiz və insanları qaçırdan bir üsuldur.
Ona görə də Sumqayıtın bir neçə yerindən Bakının bir neçə yerinə (o cümlədən elə həmin “20 Yanvar” stansiyasının yanına) və əksinə ictimai nəqliyyat təşkil edilməlidir. Sərnişin axını, infrastruktur araşdırılmaqla müxtəlif tutumlu avtobuslara marşrutlar yaradılmalıdır”.
Ekspertin sözlərinə görə, sovet dövründə və təxminən 15 il bundan əvvələ qədər Sumqayıtın bir neçə yerindən Bakının bir neçə yerinə və əksinə ictimai nəqliyyat var idi. Bunu daha müasir və mədəni şəkildə bərpa etmək lazımdır: “Bu iki şəhər arasında qatarla daşımanın da imkanları ciddi yaxşılaşdırılmalıdır.
İndiki vəziyyətdə “qanunsuz” dediyiniz taksilər və mikroavtobuslar həmin ictimai nəqliyyatın işini görürlər. Belə yanaşma davam etdikcə onlara tələbat da qalacaq. Onları kimsə “20 Yanvar” stansiyası ətrafından yığışdırsa da, qısa müddətdə başqa bir yerdə, bəlkə də, daha eybəcər formada toplaşacaqlar.
Bakının şimalındakı qəsəbələrə və Xırdalana gedənlərin isə ən böyük problemi avtobus çatışmazlığı, avtobusların qeyri-dəqiq qrafiklə işləməsi, mövcud avtobusların çoxunun ən aşağı komfortda olmasıdır. Bu problemlər həll edilsə, həmin qəsəbələrə və Xırdalana gedib-gələnlərin “qanunsuz” dediyiniz taksilərə və mikroavtobuslara ehtiyacı qalmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat