Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması Moskva ilə İrəvan arasında iqtisadi sahədə demək olar ki, bütün inteqrasiya layihələrinin dayandırılmasına səbəb olacaq.
Sherg.az-ın məlumatına görə, Putin qeyd edib ki, belə bir addım Rusiya ilə Ermənistan arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərinin tamamilə məhdudlaşdırılması demək olacaq.
Onun sözlərinə görə, Ermənistan Aİİ-dən çıxacağı halda sərbəst ticarət rejimi üzrə üstünlüklərini itirəcək, nəqliyyat tarifləri artacaq və daşıma qaydaları sərtləşəcək.
Rusiya prezidenti həmçinin bildirib ki, ekspert qiymətləndirmələrinə əsasən, enerji qiymətlərinin artması Ermənistanın ÜDM-nin ən azı 14% azalmasına səbəb olacaq.
Bundan əlavə, Ermənistan vətəndaşları Rusiyada işləmək üçün miqrasiya qaydalarına tabe olacaq, o cümlədən patent almaq və müəyyən müddət yaşamaq kimi tələblərlə üzləşəcəklər.