Qaxda yol polisindən nümunəvi hərəkət - FOTO
07:08 25.08.2019
Gündəm
516
Havaların isti keçməsi ilə əlaqədar Qaxda yol polisi sürücülərə və sərnişinlərə sərin su paylayıb, onların səhhəti ilə maraqlanıblar.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları havaların isti keçməsi ilə əlaqədar olaraq yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərin iş və istirahət rejiminə, eləcə də onların sağlamlığına nəzarəti gücləndirib.
Belə ki, rayonun bir neçə yerində müvəqqəti postlar yaradılıb. Günün qızmar vaxtlarında avtomobil, xüsusən avtobus və mikroavtobus idarə edən sürücülər saxlanılaraq, onların istirahət etməsinə şərait yaradılıb.
Yol polisi əməkdaşları sürücülərə və nəqliyyat vasitəsində olan sərnişinlərə sərin sular paylayıb, onların səhhətləri ilə maraqlanıblar.
İsti havanın təsirindən özünü halsız hiss edənlər, səhhətində problem olanlar elə yerindəcə həkim nəzarətindən keçirilib, onlara tibbi yardım göstərilib.
DYPB-nin əməkdaşları isti havalarda sürücülərə yollarda diqqətli olmaları, hərəkəti birdəfəlik deyil, fasilələrlə davam etməyi məsləhət görüblər.
Bunun həm onlar, həm də sərnişinlərin həyatı üçün vacib olduğu bildirilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bayramda diqqətli olun - Qırmızı ət və desert...
05:25 26.05.2026
Sağlamlıq
Toral Bayramov “Qarabağ”dan getdi
04:00 26.05.2026
Futbol
İspaniyada daha bir nəfərdə hantavirus aşkarlanıb
03:33 26.05.2026
Dünya
Səhərlər gözdə problem insultdan xəbər verə bilər
02:54 26.05.2026
Sağlamlıq
Ondan sonra bir daha evlənməyi düşünmür
02:22 26.05.2026
Şou
Köçəryan Azərbaycanla bağlı "vəd" verdi
01:27 26.05.2026
Cənubi Qafqaz
Braziliya prezidenti radioterapiya kursuna başladı
01:05 26.05.2026
Dünya
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
00:43 26.05.2026
Region
İsrail ordusu Livana yenidən zərbə endirməyə başlayıb
00:22 26.05.2026
Dünya
İranda internetlə bağlı mühüm qərar: Pezeşkian təsdiqlədi
23:40 25.05.2026
Region
Rumıniyanın Prezidenti İlham Əliyevi təbrik edib
23:05 25.05.2026
Rəsmi
Bolqarıstanda NATO-nun quru qoşunlarının təlimləri keçiriləcək
22:31 25.05.2026
Dünya
Keniya prezidenti İlham Əliyevi təbrik edib
22:00 25.05.2026
Rəsmi
Neftin qiyməti 94 dollardan aşağı düşüb
21:35 25.05.2026
İqtisadiyyat
Vanqa proqnozları: 2026-da Rusiyada liderlik dəyişikliyi...
20:31 25.05.2026
Gündəm