Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus müdafiə xərcləri ilə müqayisədə səhiyyəyə çox az vəsait ayrıldığını bildirib.
APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.
“Pandemiya milyonlarla insanın həyatına son qoya və iqtisadiyyatları parçalaya bilsə də, dünyamız hələ də viruslara qarşı müdafiəyə az sərmayə qoyur, halbuki bir-birimizə qarşı xərclədiyimiz trilyonlarla dolları görürük. COVID-19 göstərdi ki, qlobal dünyada sağlamlıq təhlükəsizliyi milli təhlükəsizlikdir. Viruslar viza tələb etmir, patogenlər sərhədlərə hörmət etmir və yanlış informasiya diplomatiyadan daha sürətlə yayılır. Sağlamlıq təhlükəsizliyi həm təhlükəsizlik, həm inkişaf, həm bərabərlik, həm də etimad üçün körpü rolunu oynayır. O, sərhədləri, ideologiyaları, iqtisadiyyatları, etnikləri, dinləri və bizi bir-birimizdən ayırmaq üçün tapdığımız bütün bəhanələri aşır. Bölünmüş dünyada sağlamlıq sahəsi ölkələrin birgə işləyə biləcəyi və işləməli olduğu sahələrdən biridir. Bu səbəbdən də ÜST 78 il əvvəl yaradılıb”, – ÜST baş direktoru qeyd edib.