Qəzzada atəşkəsin təxirə salındığı müddətdə 19 nəfər ölüb, 36 nəfər yaralanıb
Yusif Nəzərli
11:21 19.01.2025
Gündəm
420
Qəzzada bu gün yerli vaxtla saat 08.30-da qüvvəyə minməli olan atəşkəsin saat 11.15-ə təxirə salınması nəticəsində ölən və yaralananların sayı açıqlanıb.
APA-nın xəbərinə görə, Qəzzadakı səhiyyə qurumu bu müddət ərzində İsrail Ordusunun zərbələri nəticəsində 19 nəfərin öldüyünü açıqlayıb.
Yaralıların sayı isə 36 nəfərdir.
Qeyd edək ki, Qəzza zolağında atəşkəsə dair razılaşma bu gün yerli vaxtla saat 08.30-da qüvvəyə minməli olsa da, saat 11.15-ə təxirə salınıb. HAMAS tərəfindən azad ediləcək girovların siyahısı təqdim edilmədiyi üçün İsrail Baş naziri Binyamin Netanyahu Orduya HAMAS-a zərbələri davam etdirmək göstərişi verib. Siyahının texniki səbəblərdən gecikdiyini açıqlayan HAMAS-ın siyahını təqdim etməsindən sonra saat 11.-15-də Qəzza zolağında atəşkəs qüvvəyə minib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual