Qırmızı lenti qara örpəyə dəyişib, şəhidini qucaqlayan analar, bu, Sizin qələbənizdir
Qırmızı lenti qara örpəyə dəyişib, şəhidini qucaqlayan analar, bu, Sizin qələbənizdir
14:36 25.09.2021
Gündəm
2052
Deyirlər ki, müharibə qadınlarla kişilərə eyni dərcədə təsir göstərir, fərq bundadır ki, kişilərin qanını, qadınlarınsa göz yaşlarını alır...
Hər an övladlarını, əzizlərini itirməkdən qorxan, qəlpələrin yağışdan da gur səpələndiyi səmaya əl açıb igidlərimizə dua edən, sonda öz övladının da adını pıçıltı ilə, “Allah, sən qoru deyən”, dan yeri sökülər-sökülməz həyət-bacadan meyvə toplayıb, qazan-qazan yeməkləri cəbhəyə göndərən, oğlunun toy tədarükünu səssiz-səmirsiz yığışdırıb, qapıdakı qırmızı lenti qara örpəklə əvəzləyib qonşudakı şəhidini qucan və Onu son mənzilə yola salan analar...
Sevgilisindən, nişanlısından, həyat yoldaşından zəng gözləyən qulağı səsdə, hər xəbərdən ürəyi ağzına gələn qızlar, gəlinlər; övladlarını “atanız torpaqlarımızı işğaldan azad edib gələcək”, – deyib güclə yuxuya verən cavan analar...
Bütün günü notbukun, telefonun önündə cəbhədən xəbərləri ürkək-ürək, əlləri əsə-əsə yazan bacılar...
Sosial şəbəkələrdə vətənpərvərlik çağırışlarıyla qəlbləri toxtatmağa nail olan əzizlər...
Müqəddəs yollara gedən küçələri sübh tezdən təmizləyən qəlbində min bir arzu dolu yaşlı xalalar...
Bütün günü iş otaqlarında dörd divar arasından çıxmayan, gecə-gündüz bilməyən, Vətən üçün çalışan adları hallanmayan, üzü görünməyən gözü yaşlılar, əlindən gələni də, gəlməyəni də əsirgəməyən, bacardığından da artığını edən, hər vasitə ilə xidmət göstərən, topladığı son qəpiyi də bu “xəmir”də qatqısı olsun deyə ianə edən, corab toxuyan, isti yorğan hazırlayan, hər kəsdən xəbərsiz sonsuz yaxşılıqlar edən yüz minlər...
Və bir də Vətən sərhədlərinin kənarında olan, amma 44 gün nə yatan, nə dincələn, ürəyi Azərbaycanla döyünən həmvətənlərimiz, soydaşlarımız, bir sözlə azərbaycanlılar, Azərbaycan sevdalıları... Bayraqlar tikən, gecə ilə qürbət çöllərə düşüb şüarlarla, plakatlarla çıxış edən, dünya mediasında haqlı savaşımızı haqq səsimizi duyuran, bütün qüvvələri ilə səfərbər olan, müxtəlif dillərdə məlumatlar yayan bütün xanımlar...
Hər kəs! Bu müharibədə hər kəs nə isə etmək istəyirdi. Ürəklə, sevgiylə...
Düşünürəm ki, 44 günlük savaşın və qələbənin memarı həm də məhz xanımlardır, onların böyütdüyü igidlərdir. Qəlbi Vətən üçün döyünən oğullarımızı məhz həmin analar böyütmüşdülər.
Bu, sizin qələbənizdir! Kasıb qonşularının övladları inciməsin deyə öz uşaqlarını əllərində şokolad, dondurma, meyvə ilə həyətə çıxmağa icazə verməyən analar; hər kiçik payı belə bütün məhlə uşaqları arasında ortaq bölən, avtobusda yaşlıya, hamiləyə, əli uşaqlıya yer verən, kiminsə ürəyi istəyər, ala bilməz deyə bazarlıq edəndə aldıqlarını görünməz çantaya qoyan alimlər, akademiklər, iqtisadçılar, həkimlər, bir təbəssümü ilə bütün dünyanı dəyişdirə bilən övlad yetişdirən analar, müharibə vaxtı paltarları ilə yatıb-qalxan qəhrəman analar, bəli, bu, sizin qələbənizdir.
Tovuzda başlanan qığılcımı Qarabağda alovlandırıb, zəfər çələnginə çevirən, Şəhidlik zirvəsinə ucalan igid övladlarınızın həmin ərəfədə, ondan sonra dünyaya gələn və şəhidlərimizin adını daşayan körpə uşaqları indi qucağınıza alıb övladlarınızın qoxusunu alırsız, bu, içimizi dərin bir hüznlə sızlatsa da, qürur hissi bütün vücudumuzu sarır. Biz sizin mətanətinizdən güc aldıq, güc alırıq və alacağıq da.
Ey, mərd oğullar yetişdirən, POLADLAR doğan müqəddəs Analar! O müqəddəs şəhid ruhlarının əsrarəngiz qoxusu üzərinizə hopub; Siz şəhid qoxursuz, Vətəndənsə ana qoxusu gəlir...
Məhbubə MEHDİYEVA
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında oldular
10:40 27.09.2026
Siyasət
Naxçıvanda 27 Sentyabr - Anım Günü qeyd edilir
10:10 27.09.2026
Sosial
Salah heyətdən çıxarıldı
09:51 27.09.2026
Futbol
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət