"Qlobal Bakı Forumu həm də bu istiqamədə müsbət nümunə yarada biləcək"
09:59 19.06.2022
Gündəm
428
"IX Qlobal Bakı Forumu həm müzakirə olunan mövzuların əhəmiyyəti, həm də çoxsaxəliyi baxımından, dünyanın müxtəlif ölkələrində keçirilən digər beynəlxalq konfrans və forumlardan tamamilə fərqlənir".
"Sherg.az" xəbər verir ki, bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Analitik bildirib ki, Qlobal Bakı Forumunun özəlliyi bu gün bəşəriyyəti ciddi çağırışlar qarşısında qoyan problemlərə kompleks şəkildə yanaşılmasıdır:
"1962-ci ildən etibarən müxtəlif adlar altına keçirilən Münhen təhlükəsizlik konfransında, əsasən xarici siyasət və təhlükəsizlik məsələləri müzakirə olunur. Sözügedən beynəlxalq tədbirin 1993-cü ilədək “Hərbi məsələlər üzrə konfrans” adlanması da Münhen Təhlükəsizlik Konfransinin prioritetlərinin nədən ibarət olduğunu gün işığına çıxarır. 1971-ci ildə yaradılan Davos Ümumdünya İqtisadi Forumunun fəaliyyəti də konkret istiqamətləri əhatə edir. Davos Forumunda bir qayda olaraq, səhiyyə və ekologiya da daxil olmaqla, iqtisadi və qismən də sosial sferaları əhatə edən məsələlər müzakirə olunur. 2004-cü ildə yaradılan Valday Diskussiya Klubunun təşkil etdiyi konfransların da mövzusu, adətən qlobal iqtisadi-siyasi problemlərlə bağlı olur və müəyyən qədər Münhen Təhlükəsizlik Konfransının formatını xatırladır. Hazırda dünyada 50-dən artıq müxtəlif sahələri əfatə edən populyar və qismən populyar beynəlxalq forum və konfranslar təşkil olunur. Onların arasında davamlı şəkildə keçirilənləri də, konkret problemlərdən doğan çağırışlara əsasən təşkil olunanları da var".
Ekspertə görə, Ukraynada baş verənlərin fonunda bəşəriyyətin üzləşdiyi problemlər, o cümlədən ərzaq təhlükəsizliyi ilə bağlı çağrışların getdikcə daha təhlükəli həddə çata biləcəyi ehtimalı, siyasi, iqtisadi, sosial, ekoloji və digər sahələrdə yaranan təhlükələrin bir-biri ilə bağlı olduğunu təsdiqləyir:
"Müharibələr iqtisadiyyata, ekologiyaya, ərzaq və enerji təhlükəsizliyinə təhdid yaradır. Yaxud əksinə iqtisadi, sosial, humanitar, ekoloji problemlər yeni münaqişə və müharibələr üçün əlverişli zəmin formalaşdırır. Məhz bu baxımdan, rəsmi Bakının dünyada baş verən proseslərə baxış bucağını ifadə edən Qlobal Bakı Forumu Yer kürəsinə və bütün bəşəriyyətə vahid bir orqanizm kimi yanaşdığı, təbiət və insan fitrəti ilə ilahi harmoniyada olduğu üçün fərqlidir, unikaldır. Ən əsası isə obyektiv və qərəzsizdir. Qlobal Bakı Forumunu fərqləndirən ən önəmli cəhətlərdən biri də, burada aparılan müzakirələrin hazır geosiyasi və geoiqtisadi respetlərdən uzaq olması, yeni yanaşmalara üstünlük verilməsidir. Qeyd edim ki, Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı bu məqama xüsusi diqqət çəkdi. Bildirdi ki, forumda yeni yanaşmaların müzakirəsi indi heç vaxt olmadığı kimi zəruridir. Bu baxımdan, Forumun işində bu dəfə də bəşəriyyəti ciddi çağrışlar qarşısında qoyan problemlərin həllinə münasibətdə yeni yanaşmaların üstünlük təşkil edəcəyinə inanıram və ümid edirəm ki, Qlobal Bakı Forumu həm də bu istiqamədə müsbət nümunə yarada biləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya