
Ramiz Mehdiyevin 50 nəfəri kimlərdir? -AÇIQLAMA
Yusif Nəzərli
04:09 29.10.2025
Gündəm
628
Akif Nağı: "Böyük ehtimal, hakimiyyətin əlində həmin şəxslərin siyahısı var"
“Nəzərə alaq ki, hələlik adları dəqiq bilinməyən o adamların öz çevrələri, əhatələri mövcuddur”
Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istəyi ilə bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə göndərdiyi məktub yayılıb. Məktubun mediada tirajlanan mətnində hakimiyyətin 3 qolunun - qanunvericilik, icra, məhkəmə - fəaliyyətinə nəzarəti cəmiyyətdə nüfuza malik olan 50 üzvdən - təcrübəli dövlət məmurları, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət xadimlərindən ibarət "Dövlət Şura"sının həyata keçirəcəyi qeyd edilir. Əksəriyyət hesab edir ki, Ramiz Mehdiyevin Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə göndərdiyi məktubun ortaya çıxacağı gözlənilən idi. Çünki konstitusiya quruluşunu zorla dəyişmək, dövlət çevrilişi etmək istəyi ilə hərəkətə keçən bu şəxsin belə bir mənhus planı hər hansı xarici gücə söykənmədən təkbaşına həyata keçirməsi tamamilə qeyri-mümkündür. Bu mənada FETÖ lideri Fətullah Gülən ABŞ-nin "qanadı" altına sığındığı kimi Ramiz Mehdiyevin də Rusiyadan "xeyir-dua" almaq, Kremldən dəstək istəmək cəhdi anlaşılandır. Adətən, bu cür təxribatçı, avantürist şəxslər öz məqsədlərinə çatmaq üçün şeytanla belə işbirliyi qurmağa hazır olurlar. 50 nəfərlik qrupda kimlərin olacağı istintaq qrupu tərəfindən araşdırılıb dəqiqləşdirilir. Böyük ehtimalla yaxın vaxtlarda həmin siyahı da üzə çıxacaq. Belə şəxslər unudurlar ki, ölkəmizdə sabitliyi pozmağa və qalib Azərbaycanı yenidən "qaranlıq tunel"ə soxmağa hesablanmış planların heç biri həyata keçməyəcək. Bütün xəyanət planlarının üstü açılacaq. Azərbaycan oturuşmuş, güclü dövlətdir, mehdiyevlərin bu dövləti xaosa sürükləməyə gücləri çatmaz.
Azad Vətən Partiyasının sədri Akif Nağı Sherg.az-a açıqlamasında deyib ki, Ramiz Mehdiyevlə bağlı məsələ getdikcə daha ciddi rəng alır. Partiya rəhbərinin sözlərinə görə, ölkəmizdə sabitliyi pozmaq niyyəti ilə dövlət çevrilişinə cəhd edən müəyyən şəxslərin, qrupların olması sirr deyil:

"Böyük ehtimal, Ramiz Mehdiyev başa düşürmüş ki, Azərbaycan dövləti, hökuməti güclüdür. Belə şəraitdə çevrilişə təşəbbüs göstərmək və ona nail olmaq demək olar ki, qeyri-mümkündür. Amma artıq bəllidir ki, Ramiz Mehdiyev birbaşa Rusiyanın sifarişlərini yerinə yetirirmiş, onların təlimatları ilə oturub-dururmuş. Görünür, ahıl yaşında Rusiyadan növbəti, ən riskli tapşırığını alıb. Məqsəd hökuməti devirməklə güclənən Azərbaycanın önün kəsmək, ölkədə avtoritar rejim qurmaq olub. Əlbəttə, bu genişmiqyaslı prosesi sadəcə bir nəfərin planlaması, həyata keçirməsi mümkün deyil. Ramiz Mehdiyevlə yanaşı, həm mərkəzdə, həm də bölgələrdə böyük şəbəkə var. Mehdiyev məhz onlara güvənərək belə bir addım atmağa cəhd göstərib".
A.Nağı qeyd edib ki, Ramiz Mehdiyevin dəstəsində, ona tabe olan şəbəkədə çox adam ola bilər:
"Uzun müddət hakimiyyətin müxtəlif qollarına öz adamlarını yerləşdirib. Hətta müxalifət düşərgəsində müəyyən fiqurları himayə edib. Yeri gələndə, həmin "müxaliflərdən" öz məqsədləri üçün istifadə edib, rəhbərlik əleyhinə mitinq, aksiya təşkil olunub. Bunlar yavaş-yavaş ortaya çıxır. Şəbəkədə konkret kimlərin olduğunu söyləmək çətindir. Yəqin ki, zamanla hamısı üzə çıxacaq. Böyük ehtimal, hakimiyyətin əlində həmin şəxslərin siyahısı var və artıq bəllidir ki, Ramiz Mehdiyevlə yanaşı, Azərbaycan dövlətinə, xalqına, hökumətinə xəyanət edənlər kimlərdir. Hər biri tam zərərsizləşdirilməlidir. Nəzərə alaq ki, hələlik adları dəqiq bilinməyən o adamların öz çevrələri, əhatələri var. Hələ də hakimiyyətin müxtəlif qollarında təmsil olunurlarsa, deməli, təsir rıçaqlar, imkanları var. Bu, çox təhlükəlidir. Hakimiyyət çox ağır və çətin bir işin başlanğıcındadır. Cəmiyyətimiz öz imkanları daxilində bu təmizləmə işində iştirak etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya