REAL Partiyasının namizədinin DSK ilə bağlı anonim müraciətinə baxılmayıb
15:12 14.09.2024
Gündəm
453
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 52 saylı Yevlax Seçki Dairəsi üzrə REAL Partiyasından namizədliyi qeydə alınmış Rəsul Cəfərovun müraciətinə baxılıb.
APA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Qabil Orucov məlumat verib.
Qabil Orucov bildirib ki, Rəsul Cəfərovun dairə seçki komissiyasına müraciəti anonim şəkildə təqdim edilib.
MSK sədri Məzahir Pənahov bildirib ki, partiya rəhbərliyinə ərizəçinin özünün gedib şikayəti öz adıyla etməsini təmin etməsi üçün çıxdıq.
MSK katibi Mikayıl Rəhimov isə qeyd edib ki, bununla bağlı partiya rəhbərliyi ilə danışıb: “İlqar müəllimə dedim ki, ona deyin ki, ya özü gedib imza çəksin, ya da elektron imza göndərsin. Daha sonra Rəsul Cəfərov özü mənə zəng etdi ki, o vəkildir və apelyasiya məhkəməsində işə çıxır. Mən də dedim ki, MSK katibi kimi məhkəmədən xahiş edərəm sənin işlərini sabaha keçirər. Amma yenə də imza məsələsi həllini tapmadı”.
MSK seçki məntəqələrində pozuntularla bağlı müraciəti isə vaxtı ötdüyü üçün Rəsul Cəfərovun özünə geri göndərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət