Ağ Evin Venesuela ilə bağlı planı üç hissədən ibarətdir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio bildirib.
Onun sözlərinə görə, ilk addım ölkədəki vəziyyəti sabitləşdirməkdən ibarətdir: "Biz ölkənin xaosa sürüklənməsini istəmirik. Planın ikinci mərhələsi Venesuela iqtisadiyyatının yenidən qurulmasıdır. Bu mərhələdə ABŞ xarici şirkətlər üçün Venesuela bazarına ədalətli girişi təmin etmək niyyətindədir. Üçüncü mərhələ müxalifət qüvvələrinin əfvini nəzərə alaraq hakimiyyətin ötürülməsini əhatə edir. Bu mərhələdə ABŞ Venesueladan olan məhbusları azad edəcək və vətəndaş cəmiyyətinin qurulmasını reallaşdıracaq".
Rubio vurğulayıb ki, Vaşinqton yaxın günlərdə planın digər detallarını təqdim edəcək.