Rumıniya Rusiyanın Konstansa şəhərindəki baş konsulunu “arzuolunmaz şəxs" elan edib və konsulluğun bağlanacağını açıqlayıb.
Sherg.az xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikușor Dan məlumat verib.
“Dünən gecə iki vətəndaşın yaralandığı ciddi insident baş verdi və bütün məsuliyyət Rusiyanın üzərinə düşür. Rusiyanın Konstansadakı baş konsulu “persona non grata” elan edilib və Konstansadakı konsulluq bağlanacaq”, - deyə o bildirib.
Rumıniya Müdafiə Nazirliyi isə cümə günü açıqlayıb ki, pilotsuz uçuş aparatı Qalaç şəhərində yaşayış binasının damına ziyan vurub. Hadə nəticəsində iki nəfər yaralanıb.