Saakaşvili ABŞ prezidenti Baydenə səslənərək sanksiyalar tələb etdi...
16:39 05.11.2025
Gündəm
145
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili, vəkilləri vasitəsilə beynəlxalq nəşr olan "POLITICO"ya məktub ünvanlayıb.
24News.ge xəbər verir ki, Saakaşvili məktubda siyasi səbəblərdən həbs edildiyini və hakim partiya tərəfindən seçkilərin saxtalaşdırıldığını bildirib.
O, Gürcüstanda gedən siyasi prosesləri qeyd edərək ölkədə demokratiyanın sarsıldığını bildirib:
"Sizə 18-ci penitensiar xidmətdən, Gürcüstandan yazıram. Bir vaxtlar mən bu ölkəyə prezident olaraq qulluq edirdim. Bir neçə illik təqibdən sonra, Gürcüstana qayıtdığım zaman məni həbs etdilər. Hesab edirəm ki, bu həbs siyasi motivasiya əsasındadır. 50 gün ərzində aclıq aksiyası keçirərək, həbs edilməyimə, həmçinin Gürcüstan hakimiyyətinin demokratiyanı ayaqlar altına atmasına etiraz etdim.
Son bir neçə il ərzində hakim "Gürcü Arzusu" partiyası məhkəmə sisteminə, həmçinin bir çox dövlət və qeyri-dövlət medialarına nəzarəti artırıb. Onlar ölkədə korrupsiyanın artmasına, seçkilərin saxtalaşdırılmasına və Gürcüstanın Putinin Rusiyasına yaxınlaşmasına səbəb oldular".
Saakaşvili Gürcüstanda gedən siyasi proseslərlə bağlı ABŞ prezidentinin administrasiyasına səslənib:
"Mən bu gün Co-Bayden administrasiyasını təhlükədə olan demokratiyamızı dəstək olmaq üçün, öz rolunu həyata keçirməyə səsləyirəm. Ümid edirəm ki, o Gürcüstan hökumətinə bizim əldə etmək üçün illərdir işlədiyimiz dəyərləri pozduğu üçün, öhtəlik irəli sürəcək.
2012-ci ildə bizim demokratiyaya doğru irəliləyişimiz nəticəsində partiyam azad və ədalətli seçkilərdə məğlub oldu. Biz dinc şəkildə gücü Bidzina İvanişvilinin rəhbəri olduğu Gürcü Arzusunun koalisiyasına təhvil verdik. Demokratik yolla hakimiyyətə gələn İvanişvili rejimi daha sonra antidemokratik oldu. Bu gün Gürcüstanın dövlət institutları, həmçinin məhkəmə, hüquq mühafizə orqanları, hakim partiyaya yaxın olan kiçik klanın maraqlarına xidmət edir. Son seçkilər zamanı ATƏT seçicilərin qorxudulmasından və digər qeyri-demokratik taktikalardan öz narahatlığını ifadə etdi", - deyə Saakaşvili bildirib.
Digər bir sıra problemlərdən bəhs edən Mixeil Saaakşvili, Bayden administrasiyasının Gürcüstan hökumətini qınamalı olduğunu, həmçinin konqresin ölkədə insan hüquqlarının pozulması faktları ilə bağlı sanksiyalar tətbiq etmək məsələsini gündəmə gətirməli olduğunu bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya