Sabitliyin açarıdır: NATO İlham Əliyev və  Paşinyanın Münxendəki görüşünə münasibət bildirib

NATO Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Münxen Təhlükəsizlik Konfransının plenar iclasındakı görüşünə münasibət bildirib.

“Report” xəbər verir ki, bu barədə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviterdə yazıb.

“Həqiqətən aktualdır. Bu, Cənubi Qafqazda sabitliyin təminatı üçün açardır. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”, - o qeyd edib.