Seçki qutularının 55, 1 faizi açılıb: Ərdoğan 55, 80 faizlə liderdir

Türkiyə Yüksək Seçim Qurumu ikinci tur prezident seçkilərinin ilkin nəticələrinin yayımlanması ilə bağlı qadağanı aradan qaldırdıqdan sonra səsvermənin nəticələri açıqlanmağa başlayıb.

 Anadolu Agentliyi xəbər verir ki, ilkin nəticələr belədir: Rəcəb Tayyib Ərdoğan 55,80 faiz, Kemal Kılıçdaroğlu 44,20 faiz səs.

İndiyədək seçki qutularının 55, 1 faizi açılıb. Səslərin sayılması prosesi davam edir.