"Şəfəq" Günəş Elektrik Stansiyasının təməli qoyulub
09:25 12.11.2024
Gündəm
304
COP29 çərçivəsində Cəbrayıl rayonunda inşa ediləcək 240 MVt gücündə "Şəfəq" Günəş Elektrik Stansiyasının (GES) təməlqoyma mərasimi keçirilib.
“Report” xəbər verir ki, bu stansiya işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi və ən böyük birbaşa xarici investisiya layihəsidir. Layihə 3 iyun 2021-ci il tarixində Energetika Nazirliyi ilə BP arasında imzalanmış İcra Müqaviləsi əsasında həyata keçirilir.
Təməlqoyma mərasimində layihə üzrə “Azərbaycan Respublikası Hökuməti ilə “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti arasında İnvestisiya Müqaviləsi və “Azərbaycan Respublikası Energetika Nazirliyi ilə “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti arasında Torpaq İcarəsi Müqaviləsi” imzalanıb.
Sonra isə simvolik olaraq stansiyanın ilk günəş paneli imzalanıb. "Şəfəq" GES-də illik təxminən 500 milyon kilovat/saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da ildə 120-150 milyon kubmetr təbii qaza qənaət, 260-330 min ton karbon emissiyasının azaldılması deməkdir.
Virtual Enerji Ötürülməsi Mexanizmi (VPTA) çərçivəsində stansiyada istehsal olunan enerji Cəbrayılda mövcud elektrik şəbəkəsinə ötürüləcək və eyni miqdarda enerji Səngəçal terminalına veriləcək. Nəticədə terminalın enerji ehtiyaclarını qarşılamaq üçün bərpa olunan enerjidən istifadə ediləcək və BP-nin Xəzər regionunda əməliyyat tullantılarının azaldılmasına dəstək verəcəkdir.
Beləliklə, layihənin icrası həm milli iqtisadiyyata, həm də konsorsium üzvlərinin, o cümlədən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dekarbonizasiya səylərinə mühüm töhfə verəcəkdir.
"Şəfəq" Günəş Elektrik Stansiyasının səhmdarları BP, SOCAR və Azərbaycan İnvestisiya Şirkəti olmaqla, layihəyə təxminən 200 milyon ABŞ dolları məbləğində investisiya yatırılması nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual