Səməd Seyidov: “Azərbaycan sülhü nəinki region, həm də dünya üçün təmin etməyə çalışır”
Yusif Nəzərli
06:48 22.11.2022
Gündəm
361
“Biz sülhü nəinki region, həm də bütün dünya üçün təmin etməyə çalışırıq”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) noyabrın 22-də Bakıda keçirilən “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransında çıxışı zamanı deyib.
O bildirib ki, ümummilli lider Heydər Əliyev ölkədə və regionda sülhün təmin olunması üçün lazımi bütün addımları atmışdı və 1994-cü ildə atəşkəsin təmin olunmasına nail olmuşdu: "Ulu öndər ölkəmizin inkişafına öz töhfəsini verdi və bütün dünyanı Azərbaycana gətirdi. Həmçinin ölkənin potensialını və resurslarını da dünyaya açdı. Ulu öndər Heydər Əliyev ən əsası ölkəyə demokratiya gətirdi”.
“Heydər Əliyev sadəcə 10 il prezidentlik dövrü olmasına baxmayaraq, bu müddət ərzində Azərbaycanda gözlə görüləcək qədər dəyişikliklərə imza atdı. 2003-cü ildə Prezident seçilən İlham Əliyev də ümummilli liderin irsini davam etdirməyə qərar verdi”, - S.Seyidov vurğulayıb.
Komitə sədri xatırladıb ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı erməni işğalından azad edib: “BMT-nin 4 qətnaməsini özümüz təmin etmişik və Azərbaycan regionda sülhün bərqərar olunması üçün əlindən gələni edir”.
Oxşar xəbərlər
UNECE rəsmisi: Orta Dəhlizin “yaşıl dəhliz” kimi inkişafı Azərbaycan üçün böyük imkandır
14:44 09.09.2026
“Daha çətin olan şimal sərhədindən başlayacağıq” - Nazir delimitasiyanın DETALLARINI AÇIQLADI
13:54 09.09.2026
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya