Şengen vizasında Türkiyə ikinci yerdə: müraciət sayı 1,2 milyonu keçdi

Avropa Komissiyasınin 2025-ci il Şengen viza statistikalarına görə, Türkiyə Çin-dən sonra ən çox viza müraciəti edən ikinci ölkə olub.

Sherg.az xəbər verir ki, Türkiyədən ümumilikdə 1 milyon 268 min 376 şengen viza müraciəti qeydə alınıb və rədd cavabı 14,6% təşkil edib.

TÜRSAB sədri Firuz Bağlıkaya bildirib ki, randevu sistemində ciddi problemlər mövcuddur və bir çox vətəndaş ümumiyyətlə müraciət mərhələsinə keçə bilmir. Onun sözlərinə görə, məhdud sayda açılan randevular bot hesablar vasitəsilə tutulur və daha sonra yüksək qiymətlərlə satılır.

Rəsmi statistikaya əsasən, 2025-ci ildə şengen ölkələrinə ümumi müraciət sayı 11,9 milyonu ötüb, orta rədd faizi isə 14,8% olub. İtaliya və Fransa kimi ölkələrə müraciətlərdə isə əvvəlki illə müqayisədə azalma qeydə alınıb.

TÜRSAB rəsmisi mövcud vəziyyətin turizm sektoruna mənfi təsir etdiyini bildirərək, viza kvotalarının artırılmasının vacibliyini vurğulayıb və sistemdə ciddi islahat çağırışı edib.