İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri ABŞ və İsrail liderlərini təhdid edib.
Teleqraf "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, Qüds Qüvvələrinin açıqlamasında deyilir: "Ali Lider Ayətullah Xameneini sui-qəsd edən düşmən bilməlidir ki, bundan sonra öz evlərində belə özlərini təhlükəsiz hiss edə bilməyəcəklər. Düşmən məğlub olana qədər rahatlıq tapmayacağıq və onların xain hücumunda öldürülənlərin hamısının qisasını alacağıq".