İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin hücumlarına cavab olaraq "Həqiqi vəd - 4" əməliyyatının doqquzuncu mərhələsinə start verildiyini bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bəyanatda qeyd olunub ki, zərbələr Yaxın Şərqdə yerləşən bütün ABŞ və İsrail obyektlərini hədəf alır.
Xatırladaq ki, fevralın 28-də İsrail Müdafiə Qüvvələri İrana qarşı "Şir nəriltisi" əməliyyatını həyata keçirib. Hər iki ölkə hava məkanını bağlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun da hərbi əməliyyatda iştirak etdiyini bildirib. Pentaqon isə ABŞ-nin əməliyyatının "Epik qəzəb" adlandırıldığını açıqlayıb.
İran isə cavab olaraq İsrailə onlarla ballistik raket buraxıb, həmçinin Yaxın Şərqdə yerləşən ABŞ bazalarına - Qətər, BƏƏ, Bəhreyn, İraq, Səudiyyə Ərəbistanı və İordaniyadakı hərbi obyektlərə zərbələr endirib. Tehran öz əməliyyatını "Həqiqi vəd - 4" adlandırıb.