SƏRT TƏNQİD! - Rusdillilər dövrü niyə aktuallaşıb? – Tərs köşə!
SƏRT TƏNQİD! - Rusdillilər dövrü niyə aktuallaşıb? – Tərs köşə!
Yusif Nəzərli
16:44 05.11.2025
Gündəm
173
İradə Musayeva:“Özümüz olmaq bu qədərmi ayıb və qorxuludur?”
“Bu rus dili zəruriyyətinin hələ də qüvvədən düşməməsi məsələsini beynimdə gizlicə çox analiz edirəm. 200 ildən çoxdur ki, tədris, təlim və vəzifəyə qəbul məsələsi elə qurulub ki, rus dilini bilməyi üstünlük və vacibdən vacib bir məsələ kimi qəbul edirik”.
Platform.az xəbər verir ki, bu barədə ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru İradə Musayeva bildirib. O qeyd edib ki, kimliyini unutdurmaq və rus təqlidçiləri (bacarıqsız meymunlar) ordusu hazırlamaq, təbii ki, ayrıca bir siyasətdir:
“İmperiya siyasəti! Bəs biz niyə XXI əsrdə, bu qədər hər şeyin açıqca ortada olduğu vaxtda bunu dərk etmirik? Guya 2-3 universitet (biri də mütləq Avropada olmalıdır. bitirən məmurcuq intellektli, modern təhsilli və qlobal düçüncəli biri olmalıdır. Həmin məmurcuqları bir kənd məktəbinin iclas otağına yığıb sual-cavab eləsək, aydın olacaq ki, nəinki milli (hətta milli nəsə bilmək eyib, aşağılıq əlamətidir... Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti haqqında zatən heç nə qanmırlar), heç bəşəri biliklərin yarım səhifəsinə də sahib deyillər.
Heç araşdırma aparıb bir arayış ortaya qoyan yoxdur ki, rusdillilər dövrü niyə müstəqillik zamanında daha da aktuallaşdı? Və bunların millətə nə faydası var? Dünya ilə ingilis, fransız, ərəb dilində danışmaq zamanı çoxdan gəldiyi halda, nədən rusun yalnız dilini deyil, ruhunu və bizə qarşı münasibətini də qanına yeridən rusdillilər nəsli yetişdirməkdə davam edirik? Axı onsuz da rus ola bilməyəcəklər. Ən azı 100 ildir ki, Məhəmməd sadəcə Ma - med, Əhməd də sadəcə Ax - meddir ruslar üçün. Özümüz olmaq bu qədərmi ayıb və qorxuludur?”.
İ.Musayeva onu da xüsusi qeyd edib ki, bu dəqiqə ayıq-sayıq azərbaycanlılar uşaqlarını iki məqsəd üçün rus, ingilisdilli məktəblərdə oxudurlar:
“Ya xaricə qaçırdacaq, ya da bir yolla məmur edib millətin varına və canına darışdıracaqlar... heç kim and içə bilməz ki, uşaqlarını bu dillərdə millətə, onun tarixinə, elminə, mədəniyyətinə fayda verəcəyi üçün dəridən-qabıqdan çıxıb oxudur. Ayıb olsun cahilliyimizə!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm