SON DƏQİQƏ: Dubay hava limanında əməliyyatlar dayandırıldı

ABŞ və İsrailin İrana hücumu ilə başlayan müharibə artıq 7-ci gününü geridə qoyub.

Sherg.az xəbər verir ki, İranda müharibənin əvvəlindən indiyədək ölənlərin sayı 1332 nəfərə çatıb.

Dünyanın ən işlək beynəlxalq hava limanlarından biri olan Dubay Beynəlxalq Hava Limanı hava hücumundan müdafiə sistemlərinin bir obyekti zərərsizləşdirməsindən sonra əməliyyatları müvəqqəti dayandırdığını açıqlayıb. Sərnişinlərin və personalın təhlükəsizliyi üçün uçuşlar müvəqqəti olaraq dayandırılıb.

10:23 -Pezeşkian: Qonşu ölkələrdən üzr istəyirəm

İran prezidenti Məsud Pezeşkian bildirib ki, İranın regiondakı qonşu ölkələrə qarşı düşmən mövqeyi yoxdur. O qeyd edib ki, əgər həmin ölkələrdən hücum olmazsa, onlara qarşı raket zərbəsi endirilməyəcək. Pezeşkian həmçinin İranın ABŞ və İsrailə təslim olmayacağını vurğulayıb.

09:12 - İsrail: İrana 80 təyyarə ilə hücum etdik

İsrail ordusu 80-dən çox döyüş təyyarəsinin Tehran və İranın mərkəzi bölgələrindəki hədəflərə genişmiqyaslı hava zərbələri endirdiyini açıqlayıb.

08:23 - İranda partlayış səsləri

İran sakinləri müharibənin növbəti gününə güclü partlayış səsləri ilə oyanıblar. Gecə boyu şəhərin müxtəlif yerlərində böyük partlayışlar eşidilib. Məlumatlara görə hücumlar təkcə hərbi və siyasi obyektləri deyil, həm də yaşayış məntəqələrini, məktəbləri və xəstəxanaları hədəf alıb.