Sosial mediada 16 yaş həddi qoyuldu

Avropa Parlamentində təklif 483 “bəli” səslə qəbul edilib

Avropa Parlamenti sosial media istifadəsi ilə bağlı hərəkətə keçib. AP-dən “sosial mediada 16 yaş həddi” çağırışı edilib. 

Sherg.az xəbər verir ki, Avropa Parlamenti üzvləri Avropa İttifaqında uşaqların sosial mediaya çıxışı üçün 16 yaş həddi qoyulması üçün çağırış ediblər.

Strasburqda keçirilən Avropa Parlamenti (AP) Ümumi Şura iclasında, uşaqların onlayn mühitdə qorunmasına yönəlmiş tədbirləri ehtiva edən təklif 483 “bəli” səsi ilə qəbul edilib. Təklifdə uşaqların onlayn mühitdə qarşılaşdıqları fiziki və ruhi sağlamlıq risklərinin narahatlıq doğurduğu bildirilib.

Sosial media platformaları üçün minimum yaş həddi qoyulmasının tövsiyə olunduğu təklifdə, 13-16 yaş arası uşaqların rəqəmsal platformalara valideyn razılığı ilə çıxış edə bilməsi, daha kiçiklərin isə bunlara çıxışının olmaması tələb edilib.