Talabanidən ABŞ kanalında İran etirafı: Türkiyə müdaxilə edə bilər

İraq Kürdüstanında Kürdüstan Yurdsevərlər Birliyinin (KYB) sədri Bəfəl Talabani ABŞ-nin "Fox News" kanalına verdiyi müsahibədə İran ətrafında yaranan vəziyyətlə bağlı açıqlama verib.

Sherg.az xəbər verir ki, Bəfəl Talabani ABŞ prezidenti Donald Tramp ilə telefon danışığını təsdiqləyib.

Talabani bildirib ki, hazırda İranda rejim dəyişikliyi əlamətləri görünmür və müharibənin uzun və çətin ola biləcəyini qeyd edib. Onun sözlərinə görə, regionda mürəkkəb geosiyasi vəziyyət mövcuddur və kürd silahlı qüvvələrinin aktivləşəcəyi halda Türkiyə müdaxilə edə bilər.

Bu arada İran İnqilab Keşikçiləri Korpusu İraqın şimalında yerləşən bəzi silahlı qrupların mövqelərinə raket zərbələri endirdiyini açıqlayıb. İran tərəfi ölkənin ərazi bütövlüyünə qarşı addımlara sərt cavab veriləcəyini bildirib.