“Heç düşmənimə də Ukrayna düşdüyü vəziyyətdə olmasını arzulamıram”.
Teleqraf xəbər verir ki, bunu Tbilisi meri, hakim “Gürcü Arzusu” partiyasının katibi Kaxa Kaladze deyib.
“Ukrayna xalqına görə ürəyimiz ağrıyır, amma əvvəlcə öz ölkəmiz və xalqımız barədə düşünür və onlara qayğı göstəririk. Əvvəlcə Gürcüstan, onun suverenliyi və gürcü xalqının maraqlarını qorumalıyıq. Elə etməliyik ki, ölkəmizdə indi Ukraynada olan vəziyyət olmasın, halbuki bizə ikinci cəbhəni açdırmaq, sanksiyalara qoşulmağa məcbur etmək istəyirdilər. Doğru siyasətimiz, praqmatik baxışımız və atdığımız addımlarla sülhü qoruduq və ölkənin maraqlarını müdafiə etdik””, - o vurğulayıb.