ABŞ Prezidenti Donald Tramp bildirib ki, 2 gün ərzində Pakistanda ABŞ–İran arasında yeni görüş keçirilə bilər.
Sherg.az xəbər verir ki, “New York Post” qəzetinə telefonla qısa müsahibə verən Tramp ABŞ-İran gərginliyi ilə bağlı fikirlərini bölüşüb.
Ötən həftəsonu Pakistanın paytaxtı İslamabadda uğursuz nəticələnən danışıqlardan sonra nə baş verəcəyi ilə bağlı suala cavab verən Tramp yeni görüş mərhələsinin mümkünlüyünə işarə edib.
Tramp hazırda İslamabadda olan “New York Post” müxbirinə belə deyib:
“Doğrudan da orada qalmalısınız, çünki qarşıdakı 2 gün ərzində nəsə baş verə bilər və biz ora getməyə meylliyik. Bu mümkündür. Niyə bilirsiniz? Çünki (Pakistan Baş Qərargah rəisi) marşal Asim Munir əla iş görür.”