İranın dini lideri Mücətəba Xameneinin hərbi müşaviri Möhsün Rzai ABŞ Prezidenti Donald Trampın İranla bağlı siyasətini sərt şəkildə tənqid edib.
O, Trampın İranla əlaqəli gəmilərə tətbiq olunan ABŞ blokadasını aradan qaldırmamasını və danışıqlarda “həddindən artıq tələblər irəli sürməsini” diplomatiyaya xəyanət kimi qiymətləndirib.
Sherg.az xəbər verir ki, Möhsün Rzai sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib:
“Gözlənildiyi kimi, ABŞ Prezidenti üçüncü dəfə diplomatiyaya xəyanət edir. Trampın dəniz blokadasını davam etdirməsi və danışıqlarda həddindən artıq tələblər irəli sürməsi onun müzakirələrə maraqlı olmadığını və başqa məqsədlər güddüyünü bir daha sübut edir.”
İran rəsmisi həmçinin ABŞ-ın mövqeyinin dialoq prosesini zəiflətdiyini və gərginliyi artırdığını iddia edib.