Tramp İrandan sonra Kubaya “yeni həyat” vəd etdi

ABŞ Prezidenti Donald Tramp “Amerika Qalxanı” sammitində bildirib ki, İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra Kubanı böyük dəyişikliklər gözləyir. Onun sözlərinə görə, bu, Kuba üçün keçmiş həyatın son anlarıdır, sonra isə ada ölkəsi möhtəşəm yeni həyata qədəm qoyacaq.

Sherg.az xəbər verir ki, Tramp həmçinin dövlət katibi Marko Rubiodan İran məsələsi həll edildikdən sonra nə ilə məşğul olacağını soruşub və əlavə edib:

“Bəlkə, bir saatlıq istirahət edəcək, sonra Kuba ilə razılaşma əldə edəcək, bu, çox sadə olacaq.”

Prezident daha əvvəl də bildirib ki, İrandan sonra Kubanın ABŞ üçün “zaman məsələsi”dir və kuba hökuməti tezliklə devriləcək. O, həmçinin qeyd edib ki, Havana “razılaşma bağlamaq üçün o qədər israrlıdır ki, təsəvvür belə edə bilməzsiniz.” Tramp Rubionu Kubaya danışıqlara göndərəcəyini də açıqlayıb.

Qeyd olunur ki, ABŞ 2025-ci ilin avqustundan Karib hövzəsində qüvvələrini toplamağa başlayıb. Sentyabrdan etibarən ABŞ, narkotik trafiki ilə əlaqəli olduğunu düşündüyü gəmilərə hücum edir. 2026-cı ilin yanvarında Tramp Kuba ilə bağlı xalq təhlükəsizliyi təhdidinə görə fövqəladə vəziyyət elan edib.

Fevral ayında Rusiyanın Havanadakı səfiri Viktor Koronelli bildirib ki, ABŞ “faktiki olaraq Kubuya enerji blokadası tətbiq edib, bunu tamamilə əsassız bəhanə ilə” həyata keçirir. Nəticədə ölkədə uzun müddətli elektrik kəsintiləri baş verir.