
Trampa yaxın adam Türkiyəni göstərdi: “Netanyahunun Böyük İsrail layihəsi partladı”
Yusif Nəzərli
14:17 25.10.2025
Gündəm
720
“Osmanlı geri döndü. Ərdoğan Qəzzada təhlükəsizlik qüvvəsinin rəhbəri olacaq”
ABŞ Prezidenti Donald Trampa yaxınlığı ilə tanınan sabiq baş müşaviri Stiv Bennon, sosial mediada yayımlanan “War Room” adlı proqramında Türkiyə ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Sherg.az xəbər verir ki, Bennon, Türkiyə bölgədəki təsir gücünü yenidən bərpa etdiyini vurğulayıb:
“Osmanlı geri döndü. Ərdoğan Qəzzada təhlükəsizlik qüvvəsinin rəhbəri olacaq.”
Orta Şərqdə tarazlıqların tamamilə dəyişdiyini qeyd edən Bennon deyib:

“Bir əsr əvvəl sona çatdırılmağa çalışılan nizamı biz iki ayda tərsinə çevirdik.”
Onun sözlərinə görə, ABŞ administrasiyası hazırda Türkiyə və Qətərlə birbaşa əlaqə saxlayır:
“Sahədə təhlükəsizliyə Türkiyə nəzarət edəcək, Qətər maliyyə dəstəyi göstərəcək, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı isə əsgər göndərəcək.”
Bennonun fikrincə, Qəzzadakı yeni quruluşun mərkəzində Ankara dayanır:
“Əgər bu gün "yeni Orta Şərq nizamından danışırıqsa, bu nizamın lideri Ərğandır.”
Netanyahunun “Böyük İsrail” layihəsinin uğursuzluğa düçar olduğunu bildirən Bennon əlavə edib:
“Bu layihə Netanyahunun üzünə partladı. Artıq bölgə Ərdoğanın addımlarına görə formalaşır.”
İsrail tərəfdarı dairələrə səslənən Bennon deyib:
“Siz bu siyasətləri dəstəklədiniz, indi qarşınızda yeni güc tarazlığı var -Türkiyənin rəhbərliyində yenidən qurulan Orta Şərq.”
Ağ Evdə çalışarkən ABŞ-ın Orta Şərq siyasətlərinin memarlarından biri olmuş Bennon qeyd edib:
“Ərdoğanın diplomatik və hərbi strategiyası bölgəni yenidən formalaşdırır. Ərdoğan artıq təkcə Türkiyənin deyil, bütövlükdə regionun təhlükəsizliyinin qarantıdır.”
Tarixə də toxunan Bennon söyləyib:
“Osmanlı addımlarını ehtiyatla və səbirli şəkildə atırdı. Ərdoğan da eyni tərzdə irəliləyir. Yüz il əvvəl ingilislər Osmanlını Qüdsdən, Şamdan, Fələstindən çıxarmışdı. İndi vəziyyət tam tərsinə dönüb.”
Bennon Türkiyənin yenidən regional güc statusu qazandığını vurğulayıb:
“Türklər uzun illər səhnədən uzaqlaşdırılmışdı, amma indi yenidən baş roldadırlar.”
Amerikalı siyasətçi bölgədə formalaşan yeni güc sisteminə diqqət çəkərək deyib:
“Artıq üçtərəfli bir nizam yaranır: Müsəlman dövlətləri, xristian Qüdsü və türk təhlükəsizlik zolağı. Bu tablo qarşıdakı 30 ili müəyyən edəcək.”
Bennonun açıqlamaları həm Vaşinqtonda, həm də regional mediada geniş rezonans doğurub. Mütəxəssislər bu fikirləri belə şərh ediblər:
“Bu, Türkiyənin Orta Şərqdə yenidən mərkəzi ölkə statusuna yüksəldiyinin açıq etirafıdır.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya