Trampdan danışıqlara qayıdış siqnalı: “Yenidən başlada bilərik”

ABŞ Prezidenti Donald Tramp İranla danışıqların yenidən başlaya biləcəyini açıqlayıb.

Tramp bildirib ki, hazırda vəziyyət yaxşıdır: “Bir nöqtədə İranla danışıqları yenidən başlada bilərik. Amma hazırda vəziyyət çox yaxşıdır.”

Sherg.az xəbər verir ki, ABŞ lideri İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini də vurğulayıb: “İran nüvə silahına sahib ola bilməz. Çünki sahib olsa, ondan istifadə edər. Buna icazə verməyəcəyik.”

Tramp həmçinin Hörmüz boğazı ilə bağlı nəzarətin ABŞ-da olduğunu iddia edib: “Hörmüz boğazı tamamilə bizim nəzarətimizdədir.”