ABŞ Prezidenti Donald Tramp Konqresə keçiriləcək aralıq seçkiləri öncəsi Respublikaçılara dəstək istəyib və qalib gələcəkləri təqdirdə hər yetkin vətəndaşa 5 min dollar ödəniləcəyini vəd edib.
Sherg.az xəbər verir ki, Tramp Texas ştatının Dallas şəhərində keçirilən Respublikaçılar Partiyasının Milli Qurultayında çıxış edib. O, ABŞ iqtisadiyyatının əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib.
Tramp İranla müharibədən də danışaraq ABŞ-ın bu müharibədə qalib gəldiyini və bunun nəticəsində neft qiymətlərinin düşəcəyini deyib. O, Hörmüz boğazının adının dəyişdirilərək “Tramp boğazı” adlandırılmasını təklif edib.
Trampın ən diqqətçəkən vədi isə seçkilərlə bağlı olub. O bildirib ki, Nümayəndələr Palatası və Senat seçkilərində Respublikaçılar qalib gəlsə, ABŞ-da hər yetkin vətəndaşa 5 min dollar ödəniləcək.
ABŞ-da təxminən 270 milyon yetkin şəxsin olduğu bildirilir və bu vədin hüquqi baxımdan mümkün olub-olmayacağı hələlik məlum deyil.