Trampın nümayəndəsi Qəzza zolağına səfər edə bilər
Yusif Nəzərli
08:24 19.01.2025
Gündəm
340
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff Qəzza zolağına səfər edə bilər.
“Report” xəbər verir ki, bu barədə “NBC News” öz mənbələrinə istinadən yazıb.
Bildirilib ki, o, İsraillə “HƏMAS” arasında atəşkəsin təmin olunması və razılaşmanı poza biləcək problemləri həll etmək məqsədilə yaxın aylarda Yaxın Şərqə getmək niyyətindədir.
Məlumata görə, Trampın nümayəndəsini narahat edən əsas məsələ Qəzza və onun yaxınlığında İsraillə “HƏMAS” arasında hər gün baş verən toqquşmalardır: “Unutmayın ki, təkcə “HƏMAS” tərəfində deyil, həm də İsrail tərəfində razılığı pozmaqda maraqlı olan çoxlu radikallar var”.
Qeyd edək ki, tərəflər arasında atəşkəs razılaşması yanvarın 18-də təsdiqlənib. Buna baxmayaraq, İsrail planlaşdırılan atəşkəsi təxirə salıb. Buna səbəb kimi “HƏMAS”ın Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində bu gün mübadilə zamanı azad edilməsi planlaşdırılan girovların siyahısını İsrailə verməməsi göstərilib.
Xatırladaq ki, "HƏMAS" hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində azad ediləcək israilli girovların siyahısını bir neçə saat ərzində vasitəçilərə təhvil verəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual